Accessibility links

“The Daily Show” proqramının aparıcısı Con Stüart şoudan gedir


Gülüş ustası, ABŞ kabel televiziyasında yayımlanan satirik “The Daily Show” proqramının aparıcısı Con Stüart 16 ildən sonra proqramdan gedir.

52 yaşlı Stüart bunu dünən gecəyarısı Comedy Central kanalında yayımlanan şou zamanı elan edib.

O, tamaşaçılara üz tutaraq deyib: “Daily Show” mənim professional həyatımda ən şərəfli zirvə idi.”

Con Stüart bu yaxınlarda uzun müddətli məzuniyyət götürərək 118 gün İranda həbsdə olan əslən iranlı müxbir haqda bəhs edən ilk bədii filmini çəkib.

Stüartın dünyada baş verən hadisələrə kinayəli, eyni zamanda dərin mənalı baxışı siyasətdən, jurnalistikadan bezən yeni nəsil amerikalılarının diqqətini cəlb edirdi.

Stüartın dövründə "The Daily Show" proqramı bir neçə dəfə Emmi mükafatına layiq görülüb. Onun həmkarları olan Stiven Kolbert, Con Oliver və Larri Uilmor da müxbir qismində bənzər satirik şouları ilə karyeralarında böyük uğurlar əldə edib.

Con Stüartın şoudan gedəcəyi dəqiq tarix hələlk elan edilməyib.

XS
SM
MD
LG