Accessibility links

Sualtı xokkey meydanlara qayıdır


Sualtı xokkey meydanlara qayıdır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Sualtı xokkey meydanlara qayıdır

Hamının tanıdığı xokkey oyunu təkcə buz və ya meydanın üzərində deyil, həm də sualtında üzgəc və nəfəs borusu ilə də oynanılır. ABŞ-da ilk dəfə 1950-ci illərdə yaranmış sualtı xokkey yenidən geri dönür!

Bu xokkey, su polosu və sərbəst üzgüçülüyün gözəl birləşməsidir.

"Bu, əsl komanda oyunudur, çünki hər hansı bir oyunçunun nə qədər yaxşı olmasına baxmayaraq, o, nəfəs almaq üçün yuxarı qalxır. Komanda işi vacibdir, ötürmə əsasdır. Bir nəfər bütün işi görə bilməz”, sualtı xokkey oyunçusu Riçard Katerina deyir.

Qaydalar kifayət qədər sadədir, altı nəfərdən ibarət iki komanda var və hər komandanın oyunçu dəyişikliyi üçün 4 əlavə oyunçusu olur. Hər oyunçunun nəfəs almaq üçün borusu, su eynəyi, papağı, üzgəci və 30 sm-lik plastik çubuğu olur.

Buz xokkeyində olduğu kimi burada da məqsəd şaybanı əks komandanın qapısına vurmaqdır. Şayba rezin örtüklüdür və 1,5 kq çəkisi var. O, suyun üzünə qalxmır və hovuzun dibində təhlükəsiz şəkildə qalır.

Vaşinqton şəhərinin yaxınlığında yerləşən Corc Meyson Universiteti sualtı universitet idman növü kimi xokkeyi daxil edən 9 universitetdən biridir.

“Mən ABŞ-ın kişilərdən ibarət elit komandasının üzvüyəm, biz dünya çempionluğu üzrə yarışlarda iştirak etmək üçün çox səyahət edirik. Dünya Çempionatına hazırlıq üçün bir il həftədə 10-20 saat məşq edəcəm”, sualtı xokkey oyunçusu Endrü Kridon deyir.

"Bu idman növündə ən sevdiyim şey insanlardır. Getdiyim hər yerdə ailəmin olduğumu hiss edirəm, çünki bütün ABŞ-dan komandalarımız var”, sualtı xokkey oyunçusu Aleks Din deyir.

Bir çox sualtı xokkey komandaları qarışıqdır, onlarda həm qadın, həm də kişi oyunçular olur.

"Burada başqa idman növlərində olmayan 3D aspekti var, çünki basketbol və futbolda ancaq meydanın üzərində qaçırsan. Bu növ xokkeydə isə hovuzun həm dibində, həm də suyun üzərində ola bilərsən. Bu sizə oynamaq üçün dimensiya yaradır,” ABŞ sualtı xokkey yarışlarının direktoru Cen Uitman deyir.

Əlbəttə ki, oyunçular şifahi şəkildə ünsiyyət qura bilmirlər. Nəfəs almaq vacibliyindən başqa, sualtı xokkey suyun yumşaldıcı təsirinə görə buz xokkeyindən daha az təhlükəlidir.

Ancaq hər hansı digər idmanda olduğu kimi buradakı qarşıdurmalar adətən üzgəclərlə baş verir.

“Bu, basketbol kimi təmassız oyun növüdür. Siz kimisə tuta bilməzsiniz, lakin xokkey çubuğunuz şaybanın üzərindədirsə boşluq yaratmaq üçün bədən təması yarda bilərsiniz”, sualtı xokkey oyunçusu Endrü Kridon deyir.

Sualtı xokkey yeni idman növü olmasa da, bir çoxları üçün bu hələ də ekzotik idman növləri sırasındadır.

Hazırda ABŞ-da 200-ə yaxın insan professional sualtı xokkeylə məşğul olur. Lakin Kridon kimi oyunçular daha çox insanın bu idman növü ilə maraqlanaraq suya baş vuracaqlarına ümid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG