Accessibility links

Sudanın təhlükəsizlik qüvvələri demokratiya tərəfdarı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib


Sudanın təhlükəsizlik qüvvələri şənbə günü demokratiya tərəfdarı nümayişçilərə gözyaşardıcı qaz sıxıblar. Ölkədə bu yaxınlarda baş verən çevrilişdən sonra etirazlar davam edir.

Sudanın mülki hökuməti oktyabrın 25-də ordunun ələ keçirməsi nəticəsində devriləndən bəri demokratiya tərəfdarı hərəkat “milyon-insan” yürüşləri keçirib.

Təhlükəsizlik qüvvələri Xartumla Omdurman və Şimali Xartum arasındakı körpüləri bağlayıb. Etirazçılar həmin şəhərlərdə toplaşmağa başladığı zaman, təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib və onların mərkəzdəli toplaşma nöqtələrinə getmələrinin qarşısını almağa çalışıb.

Şənbə günü keçirilən etirazlar Sudan ordusunun başçısı general Abdel-Fəttah Əl-Burhan özünü yenidən ölkənin müvəqqəti icraedici orqanının başçısı olaraq təyin edib.

Hərbi çevriliş ordu ilə mülki liderlər arasında Sudanın demokratiyaya keçidi üzərində baş verən gərginliklərin artmasından həftələr sonraya təsadüf edib.

Çevriliş uzun zaman avtoritar lider olan Ömər Əl Bəşirin 2019-cu il üsyanı zamanı devrilməsindən sonra başlayan prosesi pozmaq təhlükəsi yaradıb.

Birləşmiş Millətlər Təşkilatı və sudanlı həkimlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən azı 15 etirazçı öldürülüb. Onlardan biri şənbə günü açılan atəş nəticəsində öldürülüb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG