Accessibility links

Sudan Əl-Bəşirsiz gələcəklə üzləşir


Sudanlı nümayişçilər
Sudanlı nümayişçilər

Sudanı idarə edən yeni ordu liderləri deyir ki, onlar ölkədə iki il ərzində mülki hakimiyyəti bərpa etmək istəyir.

Cümə günü mətbuat konfransı zamanı general Ömər Zeyn Abidin həmçinin deyib ki, ordu rəsmiləri devrilmiş prezident Ömər Əl-Bəşiri ekstradisiya etməyəcəklərini bildirib. Bəşir Beynəlxalq Cinayət Tribunal tərəfindən müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırım ittihamları ilə üzləşir.

Sudanda dörd aydır ölkənin avtoritar prezidentinə qarşı nümayiş edən etirazçılar cümə axşamı prezidentin hərbi çevriliş nəticəsində devrilməsindən sonra tətbiq olunan qadağan saatını pozub.

Sudanın müdafiə naziri Avad Məhəmməd Əhməd İbn Auf
Sudanın müdafiə naziri Avad Məhəmməd Əhməd İbn Auf

Nümayişçilər ölkəyə ordu liderlərinin deyil, mülki hökümətin rəhbərlik etməsini istədiklərini söyləyir.

Cümə günü gündüz namazından sonra küçələrə əlavə etirazçıların axışacağı gözlənilir

Vaşinqton Sudan ordusunu “təmkinli davranmağa və vətəndaşların hökümətlə əməkdaşlıq etməsinə” icazə verməyə çağırıb.

Avropa İttifaqı da hakimiyyətin “ tez bir zamanda” mülki hökümətə ötürülməsinə çağırıb.

Etiraz liderləri və təhlilçilər Sudan ölkəyə 20 il boyu rəhbərlik edən prezident olmadan yeni reallığa uyğunlaşdığı vaxt daha çox dəyişiklillərin olacağını təxmin edir.

Sudanlı qadın nümayiş zamanı əsgərə su verir. 12 aprel 2019.
Sudanlı qadın nümayiş zamanı əsgərə su verir. 12 aprel 2019.

Cümə axşamı gözlənilmədən dövlət televiziya kanalında çıxış edən müdafiə naziri Avad İbnuf ordunun çevriliş hazırladığını və Bəşiri devirdiyini elan edib. Nazir insanları süquta dəvət edib və ordunun Sudan sərhədlərini müəyyən müddətə bağlayacağını və axşam saat 10-dan səhər saat 4-dək qadağan saatı tətbiq edəcəyini açıqlayıb.

Lakin bu addım etirazçıları qane etməyib və onların bəzirlərinin “İlki devrildi, ikincisi də devriləcək” deyə şüarlar səsləndirdikləri deyilir.

Etirazın təşkilatçısı və Sudanlı Peşəkarlar Assosiasiyasının sözçüsü Amerikanın Səsinə bildirib ki, etirazçılar qadağan saatına əməl etmək və ya hərbi rəhbərliyi qəbul etmək niyyətində deyil.

“Bu, əslində, eyni rejimin davamıdır, onlar sadəcə simaları, liderləri dəyişir. Lakin bu, yeni, fərqli forma yaratmağa çalışan eyni rejimdir, amma biz buna aldanmayacağıq. Ona görə də, üsyan davam edəcək”, Əbdülcəlil söyləyib.

XS
SM
MD
LG