Accessibility links

Sudanın sabiq lideri koronavirusdan vəfat edib


1989-cu ildəki çevriliş zamanı devrilən və yerinə Ömər Əl-Bəşir gələn Sudannın baş nazir Sadiq Əl-Mehdi cümə axşamı COVID-19-dan dünyasını dəyişib. Sudan boyu bayraqlar yarıya endirilib.

Ümmə Partiyasının açıqlamasında bildirilib ki, 85 yaşlı Əl-Mehdi ailəsi və partiyasının 21 üzvü ilə birlikdə COVID-19 testi müsbət çıxdıqdan sonra bu ayın əvvəlində Xartumdan hava yolu ilə Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

Əl-Mehdi ölməzdən əvvəl iki həftədən çox Əbu Dabi xəstəxanasında müalicə alıb.

Əl-Mehdinin cənazəsi cümə günü səhər Xartuma gətirilməli və Omdurmandakı qəbiristanlıqda dəfn edilməlidir. Sudanın keçid hökuməti üç günlük matəm elan edib.

Sudanlıların çoxu Əl-Mehdinin ölümünü ölkə üçün böyük itki olaraq qəbul edir. Cənubi Darfur dövlətinin Nyala regionunun sakinlərindən biri Sudan tarixindən Əl-Mehdinin demokratik bir ölkə qurulmasına verdiyi töhfədən bəhs etmədən danışmağın çətin olacağını deyib.

“Əgər siz Sudanın siyasi tarixinə nəzər salsanız çoxlarının tənqidinə baxmayaraq, onun verdiyi töhfələri görəcəksiniz. O, Sudan siyasətində və ya siyasi partiyasında misilsiz bir ağıla sahib idi” - deyə, Əбдülrazik Кас Amerikanın Səsinə bildirib.

Əl-Mehdi 25 dekabr 1935-ci ildə Xartumun qərbindəki Omdurman şəhərində anadan olub. O, Sudanın demokratik yolla seçilmiş son baş naziri olub.

XS
SM
MD
LG