Accessibility links

Sudan danışıqlarında irəliləyiş var


Birləşmiş Ştatlar və BMT-nin təzyiq göstərdiyi bir vaxt Hamdoka yaxın mənbənin cümə axşamı bildirdiyinə görə, Sudanın baş naziri Abdulla Hamdokla hərbi çevrilişin liderləri arasında oktyabrın 25-də keçirilən danışıqlarda irəliləyiş olub.

İkinci mənbə isə Sudanın tezliklə yeni keçid institutlarının formalaşdırılması istiqamətində ordu tərəfindən ilk addım olaraq 14 nəfərdən ibarət yeni suveren şuranın yaradıla biləcəyini bildirib.

Artan beynəlxalq təzyiqlərin son əlaməti olaraq BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı ordu komandanı Əbdülfəttah Əl-Burhanla danışıb və onu konstitusiya qaydalarını və keçid prosesini bərpa etməyə çağırıb.

Burhanın ofisindən verilən məlumata görə, cümə axşamı ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Burhan hökumətin qurulması prosesinin sürətləndirilməsinin vacibliyi ilə razılaşıb.

"Hər iki partiya demokratik keçid yolunu saxlamaq, keçid hökumətinin strukturlarını tamamlamaq və hökumətin formalaşdırılmasını sürətləndirməyin zərurəti ilə bağlı razılığa gəlib" - deyə, Burhanın ofisindən bildirilib.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Blinken Burhanı çevrilişdən sonra həbs edilən bütün siyasi xadimləri dərhal azad etməyə, Baş nazir Hamdoku vəzifəsinə qaytarmaq və Sudanda mülki idarəçiliyi bərpa etmək yolunda dialoqa başlamağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatı yüksək səviyyəli mülki siyasətçilərin nəzarət altına alındığı və Hamdokun ev dustaqlığına məhkum edildiyi çevrilişdən sonra yaranmış siyasi böhrana son qoymağa vasitəçilik etməyə çalışır.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG