Accessibility links

Bəşirdən sonrakı Sudan


Sudan prezidenti Ömər Əl-Bəşirin devrilməsindən sonra ölkənin həm hökuməti, həm də cəmiyyəti böyük çətinliklərlə üzləşir. Etirazçılar onilliklərdir davam edən hərbi idarəçiliyin mülki hökumətə keçməsini tələb edir. Bu tələb Sudanın gələcəyini formalaşdıranların keçmişin səhvlərini təkrar edib-etməyəcəyinə dair suallar doğurur.

Sudan küçələrindəki etirazçılar çox güman ki, sevinir, lakin onların tələb etdiyi mülki hökumət belə görünür yaxın gələcəkdə qurulmayacaq.

Sudanın devrilmiş lideri Ömər Əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinin Darfur regionunda mülki vətəndaşlara qarşı soyqırım ittihamı ilə üzləşir.

Sudanın hazırkı müvəqqəti hərbi şurasının başçısı, general-leytenant Əbdül Fəttah Burhan tam mülki bir hökumət qurmağı vəd edib.

Xarici məsələlər üzrə təhlilçi Kelsi Lillinin dediyinə görə, hər hansı bir mülki hökumətə keçid Birləşmiş Ştatlar və digər dövlətlərlə güclü diplomatiya tələb edir. "Sudanlılar terrora sponsorluq edən dövlət adının götürülməsini istəyirlər və bu, yalnız təhlükəsilik elementi olaraq deyil, onlar artıq terrorizmi dəstəkləməyəcəklərini, borc yükündən qurtuluşu tələb edir. Hökumətin qurulduğundan sonra bu məsələ masa üzərində olacaq. Bu isə ABŞ-ın iştirakını tələb edəcək.

Sudanda nümayişə çıxanların çoxu qadın idi. Onların arasındakı mühəndis-memarlıq fakültəsinin tələbəsi, 22 yaşlı Alaa Salah ikonaya çevrildi. Onun nümayiş zamanı avtomibilin üzərinə çıxdığı şəkli İnternetdə sensasiyaya çevrildi. Bundan sonra ölüm təhdidləri və nifrət dolu məktublar alan Salah qorxmadı.

Britaniyadakı Sudan Həkimləri Birliyinin başçısı doktor Sara Əbdülgilil qadınların nümayişlərdə rolunun müsbət hal olduğunu deyir. "Qadınlar qüdrət nümayiş etdirdi. Çünki onlar təzyiq altındadır. Onlar sanki beynəlxalq şəkildə gozli saxlanılır. 30 ildə qadınların gücü və onların mübarizə qabiliyyətinin məhv edilməməsi pozitiv bir şeydir."

Aprelin 16-da Sudan ordusu Bəşirin Xartum həbsxanasına göndərildiyini və orada təkadamlıq kamerada saxlandığı bildirilib.

XS
SM
MD
LG