Accessibility links

Sudanın hərbi xuntasının lideri 6 səfiri vəzifəsindən azad edib


Sudan hərbi xuntasının lideri bu həftə birgə mülki-hərbi keçid hökumətinin devrilməsi əleyhinə çıxış edən azı altı səfiri vəzifələrindən azad edib.

Sudan dövlət televiziyası cümə axşamı bildirib ki, general Əbdülfəttah Əl-Burhan Sudanın ABŞ, Avropa İttifaqı, Çin, Qətər və Fransadakı səfirlərini, eləcə də Cenevrədəki BMT missiyasının rəhbərini vəzifələrindən kənarlaşdırıb.

Sudanın bir qrup diplomatı bu həftə birgə bəyanat yayaraq, baş nazir Abdalla Hamdok və onun həyat yoldaşının həbsini və general Burhanın Müstəqil Şuranı ləğv etmək və ölkədə fövqəladə vəziyyət elan etmək qərarını pisləyib.

Birgə mülki-hərbi şura ölkəni uzun müddət avtokratik prezident Ömər Əl-Bəşirin xalqın üsyanı nəticəsində devrilməsindən qısa müddət sonra, 2019-cu ilin avqustundan bəri idarə edirdi.

Çərşənbə günü Amerikanın Səsinin Afrikada İngilis Dili xidmətinə verdiyi müsahibədə Sudanın ABŞ-dakı keçmiş səfiri Nurəldin Sətti xuntanı sarsıtmağa çalışacağını deyib.

“Mən diplomatik xidmətdəki həmkarlarımla, ABŞ-da və dünyanın müxtəlif yerlərindəki diaspora ilə çalışacağam ki, bu çevrilişin qəbul edilməməsi və çevriliş niyyətlərinin və nəticələrinin mümkün qədər tez geri qaytarılmasını təmin etsin”. Satti deyib.

Burhan 2023-cü ilin iyulunda ümumi seçkilərdən sonra ordunun hakimiyyəti mülki hökumətə təhvil verəcəyinə söz verib. O bildirib ki, ordunun keçid hökumətini devirməsi vətəndaş müharibəsinin qarşısını almaq üçün zəruridir.

Birləşmiş Millətlər Təşkilatının rəsmi nümayəndəsi Stefan Dujarikin sözlərinə görə, BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes hakimiyyətin ələ keçirilməsi və sonrakı hadisələri müzakirə etmək üçün çərşənbə günü Burhanla görüşüb. Pertes BMT Baş katibinin “keçid prosesinə qayıdışını görmək” istədiyini təkrarlayıb və özbaşına saxlanılanların hamısının dərhal azad edilməsini tələb edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG