Accessibility links

Sudan rəsmiləri: Xartumda hava hücumunda 5-i uşaq olmaqla 17 nəfər həlak olub


Xartum. 16 iyun, 2023.
Xartum. 16 iyun, 2023.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, ölkəyə nəzarət uğrunda döyüşlər davam etdiyi bir vaxt, şənbə günü Sudanın paytaxtı Xartumda hava hücumu azı 17 nəfərin, o cümlədən beş uşağın ölümünə səbəb olub.

Bu, Xartum və Sudanın digər hissələrində ordu ilə güclü yarı-hərbi dəstə olan Çevik Dəstək Qüvvələri arasında baş verən döyüşlərdən ən tələfatlısıdır.

Hücumun təyyarə və ya dronlar edildiyi bəlli deyil. Ordu təyyarələri dəfələrlə Çevik Dəstək Qüvvələrinin qoşunlarını hədəf alıblar və Çevik Dəstək Qüvvələrinin də orduya qarşı dronlar və təyyarə əleyhinə silahlardan istifadə etdikləri deyilir.

Sudanda münaqişə ordu liderləri ilə Çevk Dəstək Qüvvələri arasında aylardır davam edən gərginliklərdən sonra aprel ayının ortalarında başlayıb.

Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, şənbə günü zərbə Xartumun cənubunda son həftələrdə toqquşmaların mərkəzinə çevrilən Yarmuk məhəlləsinə endirilib. Həmin ərazidə ordunun nəzarət etdiyi hərbi obyekt yerləşir. Nazirlik Facebook-da yerləşdrdiyi yazısında bildirib ki, zərbə nəticəsində azı 25 ev dağılıb.

Nazirliyin bildirdiyinə görə, ölənlər arasında beş uşaq və naməlum sayda qadın və yaşlı var və bəzi insanlar xəstəxanalaya yerləşdirilib.

Özünü Təcili Tibbi Yardım Otağı adlandıran və ərazidə humnitar yardımı təşkil edən qrup bildirib ki, hücum nəticəsində azı 11 nəfər xəsarət alıb. Qrup hücum zamanı zədələndiyini bildirən evlərin və dağıntlar arasında axtarış aparan insanların habelə yaralanan bir qız ilə bir kişinin görüntülərini yayıb.

Çevik Dəstək Qüvvələri bəyanatında bildirib ki, ordu təyyarəsi ərazini bomlaayaraq, mülki vətəndaşlı öldürüb və yaralayıb. Qrup ordunun MiG döyüş təyyarəsini vurduğunu iddia edib. Qrupun iddiaları müsətiql şəkildə təsdiqləmək mümkün olmayıb.

Ordu sözçüsü şərh istəyinə cavab verməyib.

Münaqişə bu Afrika ölkəsini xaosa sürükləyib və Xartum və digər şəhərləri döyüş meydanlarına çevirib. Sakinlər və fəalların dediyinə görə, yarı-hərbi dəstə münaqişə başayandan bəri insanların evləri və digər mülki obyektləri zəbt edib.

Döyüşlər yüzlərlə mülki vətəndaşın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olub. 2.2 milyondan çox insan evlərindən ya Sudan daxilindəki başqa yerlərə, ya da qonşu ölkələrə qaçıb.

Xartumla yanaşı Darfurda da döyüşlər intensivləşib. Qərbi Darfur vilayətinin paytaxtı Genenada ən pis döyüşlər baş verib. Nəticədə vilayətin on minlərlə sakini qonşu Çada qaçıb.

XS
SM
MD
LG