Accessibility links

Sudanın cənubunda referendumda səsvermə davam edir


Sudanın cənubunda referendumda səsvermə davam edir
Sudanın cənubunda referendumda səsvermə davam edir

Sudanın cənubunda müstəqillik uğrunda tarixi referendumun ikinci günündə seçicilər səsvermə məntəqələrinə axışıblar. Bəzi adamlar bazar günü saatlarla növbələrdə gözləmiş və sonradan səs verməmiş geri qayıtmağa məcbur olmuşdular. Bazar ertəsi onlar yenidən səs verməyə cəhd göstəriblər. Cənubi Sudanın Referenduma dair Komissiyasının bildirdiyinə görə, cənubluların 20 faizi, təxminən 750 000 nəfər səsvermədə iştirak edib. Səsvermə şənbə gününə qədər davam edəcək. Əksər yerlərdə dinclik hökm sürür. Bununla belə, rəsmilər Sudanın Abyey dairəsində Misseriya və Nqok Dinka qəbilə üzvləri arasında şiddətli atışmanın baş verdiyi haqda xəbər veriblər. Qəbilə başçıları üç gün davam edən toqquşmada azı 23 adamın öldüyünü xəbər verir.

XS
SM
MD
LG