Accessibility links

BMT: Sudanda 330 mindən çox insan məcburi köçkündür


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyinin döyüşlərin 800 mindən çox insanın Şimali Afrika ölkəsini tərk etməyə məcbur edə biləcəyi ilə bağlı proqnozundan bir gün sonra yeni rəqəmlər açıqlanıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofis rəhbərinin müavini Rauf Mazu bazar ertəsi bildirib ki, agentlik 815 min insanın Sudandan yeddi qonşu ölkəyə qaçmasını planlaşdırır. Onun sözlərinə görə, hazırda qaçmaq istəyən 580 min sudanlı ilə yanaşı Sudanda yaşayan xarici qaçqınlar da var.

Mazu artıq 73 minə yaxın insanın Sudanı tərk etdiyini bildirib.

BMT Qaçqınlar üzrə Ali Komissarlığın rəhbəri Filippo Qrandi bazar ertəsi Tvitter səhifəsində rəqəmlərin agentliyin planlaşdırdığından daha çox yüksək olacağını təxmin etdiyini, "zorakılıq dayanmasa, təhlükəsizlik axtarışında daha çox insanın Sudanı tərk etməyə məcbur olacağını" bəyan edib.

Sudanın hökumət qüvvələri ilə hərbiləşdirilmiş "Çevik Dəstək Qüvvələri" (RSF) arasında növbəti atəşkəs razılaşmasının uzadılmasına baxmayaraq, döyüşlər çərşənbə axşamı davam edib.

Sudanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, aprelin 15-dən, ordu başçısı Əbdülfəttah Əl-Burhan və RSF komandiri Məhəmməd Həmdan Daqalo arasında münasibətin pozulmasından sonra başlayan döyüşlərdən bəri 500-dən çox adam ölüb, 4000-dən çox adam yaralanıb. İki general bir vaxtlar 2021-ci il çevrilişindən sonra Sudanın keçid hökumətində müttəfiq olub.

Döyüşlər paytaxt Xartumda ictimai səhiyyə laboratoriyasının döyüşən qruplaşmalardan biri tərəfindən ələ keçirilməsinə səbəb olub. Laboratoriyada vəba və digər təhlükəli yoluxucu xəstəliklərin nümunələri saxlanılır.

XS
SM
MD
LG