Accessibility links

Sudanda bütün siyasi məhbuslar azad edildi


Sudan Milli Kəşfiyyat və Təhlükəsizlik Xidməti ölkə boyu bütün siyasi məhbusların azad olunduğunu elan edib. Bu barədə rəsmi SUNA xəbər agentliyi məlumat yayıb.

Bu addım Sudanı 30 ildir ki, dəmir yumruqla idarə edən Ömər əl-Bəşirin devrilməsindən və həbs olunmasından az sonra atılıb.

Ömər əl-Bəşir Sudanı 30 ildir ki, dəmir yumruqla idarə edirdi və ölkədə çox sayda siyasi məhbus var idi.

Ölkənin müdafiə naziri 75 yaşlı əl-Bəşirin ‘təhlükəsiz’ yerdə saxanıldığını və ölkəni hərbi şuranın idarə edəcəyini bildirib.

Açıqlamadan bir qədər sonra Tvitterdə sabiq məhbusların Ömər əl-Bəşirə qarşı nümayişlərə qatıldığını göstərən fotolar yayılıb.

Azad olunanlardan biri Sudan Peşəkarlar Assosiasiyasının sözçüsü Məhəmməd Naci Elasamdır. O, dekabrdan bəri Sundanı bürümüş etiraz dalğasının təşkilatçılarından sayılır.

Ölkədə baş qaldıran etiraz dalğası avtoritar lider Ömər əl-Bəşirin hakimiyyətdən devrilməsi ilə nəticələnib.
Ölkədə baş qaldıran etiraz dalğası avtoritar lider Ömər əl-Bəşirin hakimiyyətdən devrilməsi ilə nəticələnib.

Elasam üç aydır ki, həbsdə idi.

Ötən ili aprelində Sudanın sabiq prezidenti Ömər əl Bəşir 54 siyasi məhbusu azad etmişdi. ABŞ və Avropa dövlətləri onu bütün siyasi məhbusları azad etməyə çağırırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG