Accessibility links

Sudanda daşqınlar nəticəsində azı 54 nəfər ölüb


Birləşmiş Millətlər Təşkilatı xəbər verir ki, Sudanda iki aya yaxın davam edən leysan yağışlar və daşqın nəticəsində on minlərlə insan evsiz qalıb və humanitar fövqəladə vəziyyət yaradıb.

Sudanda iyul ayından bəri davam edən leysan yağışlar nəticəsində azı 54 nəfərin öldüyü bildirilir. Sudanın Humanitar Yardım Komissiyası 194 min insan leysan yağışların təsirinə məruz qaldığını və 37 mindən çox evin dağıldığı barədə xəbər verir.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi Sudanın 18 ştatından 15-nin leysan yağışların təsirinə məruz qaldığını bildirir.

İdarənin sözçüsü Yens Laerke deyib ki, daşqına məruz qalan insanların təcili olaraq sığınacaq, yemək, tibbi xidmət, təmiz su və sanitariyaya ehtiyacı var.

Laerke söyləyib ki, evsiz qalan insanların çoxu ailə və dostları ilə qalır. Digrələri isə məktəblər və digər ictimai yerlərdə sığınacaq axtarır. O, Amerikanın Səsinə bildirib ki, hökümət əlindən gələni edir və insanları çadır və sığınacaqlarla təmin edir.

BMT bu il Sudana humanitar yardım məqsədilə 1.1 milyard dollar toplamağa çağırıb. Donorlar isə bu məbləğin yalnız 30 faizini verib. BMT daşqınların vurduğu ən təcili zərərləri həll etmək üçün əlavə 150 milyon dollara ehtiyacının olduğunu bildirir.

Laerke deyib ki, əgər bu vəsait toplanmasa, ehtiyacları qarşılamaq üçün başqa yerə ayrılan pullar xərclənəcək. Lakin o xəbərdarlıq edib ki, bunu etmək ümumilikdə humanitar əmlaiyyatlara mənfi təsir göstərə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG