Accessibility links

Sudanda "Milyonların yürüşü"ndə ölənlər var


Şənbə günü Sudanın bir neçə şəhərində on minlərlə insan bu yaxınlarda baş verən hərbi çevrilişə etoraz ediblər. Onlar mülki hakimiyyətin bərpasını tələb ediblər.

Nümayişlər başlayandan təxminən iki saat sonra Sudanın Həkimlər Komitəsi iki etirazçının Omdurman şəhərində iki etirazçının güllələnərək öldürüldüyünü bildirib.

“Atışma nəticəsində iki dinc etirazçı öldürülüb və bir neçə nəfərin yaralandığı bildirilir,” komitə bildirib. Bununla da bazar ertəsi baş verən çevrilişdən bəri ölən mülki vətəndaşların sayı 11-ə çatıb.

Şahidlər sosial mediada bildirib ki, Xartumda təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan və canlı güllədən istifadə edib.

Etirazlar bazar ertəsi, general Abdel Fəttah Burhan fövqəladə vəziyyət elan edib, 2019-cu ildə qurulan keçid hökumətinin ləğv edildiyini açıqlayandan sonra başlayıb. Lakin şənbə günü keçirilən “Milyonların Yürüşü”nün indiyədək ən böyük koordinasiya edilmiş nümayiş olacağı gözlənilir.

Xartum və başqa şəhərlərdən yayılan şəkil və videolarda izdihamın əllərində Sudan bayraqları və hərbi hökuməti qınayan plakatlar nümayiş etdikləri göstərilir. Etirazçılar 2019-cu ildə diktator Ömər Əl-Bəşirin istefasını tələb etdikləri zaman səslənən şüarlar bu həftə keçirilən etirazlarda yenidən səslənib.

“Mən hər tərəfdə insan görürəm, minlərlə gənc, qadın, yaşlı, kişi, uşaq, hər kəs,” Xartumda faəl Valaa Sala Amerikanın Səsinə bildirib.

“Xartum, bütün şəhərdə küçələrdədir və etiraz edir, hərbi hakimiyyətin devrilməsinə, çevrilişə son qoyulmasın, bu əməkdaşlığın sonun çağırır. İnsanlar orduya qarşı şüarlar səsləndirir,” o deyib.

Şahidlər Xartumda, ordunun, xüsusilə də 2019-cu ildə onlarla etirazçını öldürən Cəld Xüsusi Qüvvələrin mövcudluğu barədə xəbər verir.

Sudan Həkimlərinin Komitəsinin məlumatına görə, bu həftənin əvvəlində təhlükəsizlik qüvvələri azı 9 nəfəri güllələyərək öldürüb, 170 nəfəri yaralayıb. Ekspertlər və nümayişmilər şənbə günü etirazların zorakı hal alma ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Ölkə boyu mobil internetin və bəzi yerlərdə WIFI-IN əngəllənməsinə baxmayaraq, təşkilatçılar nümayişləri koordinasiya edə biliblər. Dünya boyu internetin kəsilməsini izləyən Netblock Sudanda çərşənbə axşamı ordunun hakimiyyəti ələ keçirməsinən bəri dörd saatlıq bir müddətdən başqa ölkə internet olmayıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quttereşin xüsusi nümayəndəsi Volker Perts cümə günü bəyanatında bildirib ki, o, Konstitusiya Sənədinə uyğun olan siyasi həll yolunu tapmağa yardım etmək üçün bütün tərəflərlə daimi əlaqədədir.”

Birləşmiş Millətər Təşkilatının Sudanda İnteqrasiya Olunmuş Keçidə Yardım Missiyası inklüziv dialoqa yol açmaq üçün hazırda mövcud vasitəçilik səyləri ilə aktiv şəkildə koordinasiya edir. Bu, mövcud böhranın dinc həllinə aparan yeganə yoldur.”

Birləşmiş Ştatlar bazar ertəsi baş verən çevrilişin bütün hərbi liderlərini dinc etirazçılara qarşı “hər hansı və bütün zorakılıqlardan” yayınmağa çağırıb.

Sudanın ordu liderlərinə bu çağırışı müxbirlərlə adının açıqlanmaması şərtilə danışan ABŞ Dövlət Departamentinin rəsmisi edib.

Rəsmi deyib ki, şənbə günü “ordunun real niyyətlərinin nə olduğu” görünəcək. Sudan Həkimləri Komitəsinin məlumatına görə, təhlükəsizlik qüvvələri etirazlar zamanı azı doqquz nəfəri atəş açaraq öldürüb, azı 170 nəfəri yaralayıb.

Reuters xəbər verir ki, bəzi sakinlər şənbə günü keçirilən etirazlarda geniş miqyaslı təqiblərin olacağından narahatdırlar.

“Dinc etirazçılara qarşı atəşli silahla müqavimət göstərilməsinə dözmək olmaz,” Xartumda Haitam Məhəmməd bildirib. “Bu bizi geri addım atmağa vadar etməyəcək, bu yalnızca bizim qətiyyətimizi gücləndirəcək.”

Ordunun hakimiyyəti ələ keçirməsi ordu ilə mülki liderlər arasında Sudanın demokratiyaya keçidi ilə bağlı gərginliklərin artmasından bir neçə həftə sonraya təsadüf edib. Çevriliş ordu uzun zaman hakimiyyətdə olan avtoritar lideri Ömər Əl-Bəşiri devirəndən sonra 2019-cu ildə baş verən vətəndaş üsyanından bəri yavaş-yavaş irəliləyən demokratiyaya keçid prosesinə maneə törədə bilər.

Sudanın ordu lideri general Əbdel Fəttah Burhan çərşənbə axşamı deyib ki, ordunun ölkənin keçid hökmətini devirməsi vətəndaş müaribəsinin qarşısının alınması üçün zəruri idi.

Quttereş cümə günü bəyanatında deyib ki, “Mən bütün orduni təmkin göstərməyə və əlavə qurbanlar yaratmamağa çağırıram. İnsanların dinc nümayiş keçirmələrinə icazə verilməlidir. Bu, zəruridir.”

XS
SM
MD
LG