Accessibility links

Balidə Sükut Günü qeyd olunub


İndoneziyanın adətən səs-küylü olan və sakinlərin əksəriyyətini ninduların təşkil etdiyi Bali adasında yeni ili qeyd edən Sükut Günündə sosial media bağlanıb, uçuşları dayandırılıb və mağazalar bağlanıb.

“Nyepi” şənbə günü səhər saat 6-da başlayıb. Bu səbəblə küçələr və çimərliklər 24 saatlıq boşaldılıb. Küçələrdə yalnız səssizliyin qorunduğuna əmin olmaq üçün xüsusi patrul xidməti dolaşıb. Bu il ilk dəfə olaraq telefon şirkətləri 4 milyon əhalisi olan adada mobil interneti sönüdürüb

Balili hindular üçün ən müqəddəs günlərdən biri sayılan bu gündə Facebook, Instagram və digər mesajlaşma applikasiyaları ilə yanaşı televiziya və radionları yayımları dayandırılır və balililər evdən bayıra çıxmır. Onlar pəncərələri və pərdələri bağlayır, hətta işıq belə yandırırmır.

"Nyepi ürək və ağıllarımızı pis əməl və düşüncələrdən təmizləmək, bizi, insanları və kainatı təmizləməsi üçün Allaha dua etmək vaxtıdır,” deyə Balinin tur bələdçisi Kadek Çantini bildirib.

İnterneti kəsmək qərarı hər kəsin xoşuna gəlməyib. Onlar bunun həddi aşdığını və turistlər ilə Balinin hindu olmayan sakinlərinə narahatlıq yaratdığını deyir. Amma digərləri bu qərarı dəstəkləyib.

"Bu, diqqətimizi meditasiya və dualarımızı mükəmməlləşdirməyə yönəltməyimiz üçün daha sakit mühit yaradır," Balinin paytaxtı Denpasarın sakini Komanq Suda söyləyib.

“Bu qərar bizə həmçinin bəzən Nyepi çıxıb qurğuları ilə oynayan yeniyetmələrimizi intizamlaşdırmağa yardım edir,” o deyib.

Nyepidən öncəki gecə adada “ogoh-ogoh” mərasimi keçirilir. Mərasim zamanı küçələrdə cin-şeytanı təmsil edən böyük qorxuducu fiqurlar nümayiş etdirilir.

XS
SM
MD
LG