Accessibility links

Sulduzda 6 milli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb


İran Azərbaycanının Sulduz şəhərində 6 milli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu xəbərin yazıldığı zamana qədər tutulan milli fəalların sadəcə üçünün adı bəlli olub. İndiyə qədər kimlikləri müəyyən olan fəalların adları Seyid Musa Ziya Gərgəri, Səccad Şoheyri və cənab Kərimidir.

Milli fəallların saxlanma səbəbi və onların köçürüldüyü yer ilə əlaqədar hələ ki, heç bir məlumat yayılmayıb.

Seyid Ziya Gərgəri və Səccad Şoheyri indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və bu ölkənin məhkəmələrində fərqli cəzalara məhkum ediliblər.

Daha əvvəl 2019-cu ilin sentyabr ayının 4-də Seyid Musa Ziya Gərgəri digər milli fəal Səccad Şoheyri ilə birlikdə Sulduzun 2-ci cinayət məhkəməsinin 103-cü şöbəsinin sədri olan hakim Əmir Kiyumərsi Xəlifkəndi tərəfindən " İran İslam Respublikasına qarşı təbliğat aparmaq " ittihamı ilə bir il həbs cəzasına məhkum edilmişdilər.

Məhkəmənim son qərarı nəticəsində milli fəalların dosyelərində bundan əvvəl cinayət işləri olmadığı üçün həbs hökmləri İranın Cəza qanununun 37 və 38-ci maddələrinə uyğun olaraq 20 günə endirilmişdi.

XS
SM
MD
LG