Accessibility links

Türk fəallar Urmiyənin tarixi ‘Ceneral’ Məscidinə ‘Süleymani’ adının verilməsinə etiraz edir


İranın Qum seminariyasına bağlı xəbər agentliyinin bildirdiyinə görə, Qacarlar dönəmində tikilmiş Urmiyənin tarixi “Ceneral” (General) məscidinin adı “Sərdar Süleymani” adına dəyişdirilib.

Ceneral Məscidi Qacar Ordusunun komandanlarından və Fətəli şah Qacarın Fransa səfiri Əsgər Xan Afşar (General Əsgər Xan) adına Qacarlar dönəmində tikilip. Məscid Urmiyənin Əsgər Xan küçəsində yerləşir.

Qum seminariyasına bağlı “Hövzə” xəbər agentliyinin xəbərinə görə, məscidin adı keçən həftə ABŞ-ın hava zərbələri nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin adına dəyişdirilərək “Sərdar Süleymani Məscidi” olub.

“Sərdar” rütbəsi İnqilab Keşikçiləri Korpusunda (Sepah) general rütbəsinin qarşılığıdır.

Sosial mediada yayılan xəbərlərə görə, türk fəallar məscidin tarixi adının dəyişdirilməsinə etiraz edir.

Twitter və Insatgram kimi sosial şəbəkələrdə istifadəçilər #Ceneral_Məscidi haştaqı ilə tarixi adları dəyişdirərək “Urmiyənin tarixi kimliyinə zərbə vurulduğuna” etiraz bildirirlər.

M. Məcnuni adında bir Twitter istifadəçisi yazdığına görə, “Urmiyənin tarixi kimliyini məhv edərək Sərdar (general) Süleymani hörmət qazanmayacaq.”

Türk dil haqları fəalı Nəsim Sadıqi isə yazıb ki, “qədim adların dəyişdirilməsi yerli əhalinin öz tarix və mədəniyyətindən qopmasına yol açacaq.”

Urmiyə Universitetinin tələbəsi Yasir Savalan tarixi məscidin adının dəyişdirilməsini Urmiyənin tarixi və tarixi şəxsiyyətlərinə hörmətsizlik olaraq dəyərləndirib.

“Qacar dövlətinin Fransa elçisi General Əsgər Xan Avşarın indiki Əsgər Xan məhəlləsində tikdirdiyi Ceneral məscidinin başqa bir ada dəyişdirilməsi Əsgər Xan kimi türk aydın başda olmaqla, bu şəhərin tarixinə qarşı da böyük bir sayğısızlıqdır,” Savalan Twitter hesabında paylaşıb.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG