Accessibility links

Sumqayıt Apellyasiya Məhkəməsi hüquq müdafiəçisini həbsdə saxlayıb


Elçin Məmməd
Elçin Məmməd

Fevralın 19-da Sumqayıt Apellyasiya Məhkəməsi hakim Vidadi Cəfərovun sədrliyi ilə hüquq müdafiəçisi Elçin Məmmədin məhkum edilməsi barədə yerli məhkəmənin hökmündən verdiyi şikayəti təmin etməyib.

Bu barədə Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi təşkilatı məlumat yayıb.

Apellyasiya Məhkəməsi cinayət işi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi barədə vəsatətləri təmin etməyib.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Qeyri Hökumət Təşkilatının rəhbəri Elçin Məmmədi 4 il müddətinə həbsə məhkum edib.

Məhkəmə hüquq müdafiəçisini “oğurluq” və “qanunsuz silah saxlamaqda” təqsirli bilib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Onun barəsində hüquqi yardım göstərdiyi qadın şikayət edib. Həmin qadın əvvəllər digər jurnalist, criminal.az saytının redaktoru Anar Məmmədovdan da polisə şikayət edib.

Elçin Məmməd həbsini hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. O hesab edir ki, uydurma ittihamla təqib olunması prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə və məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı siyasətinə ziddir.

Amnesty International, PEN, FIACAT təşkilatları və digər beynəlxalq qurumlar Elçin Məmmədin təqib edilməsini pisləyən bəynatlarla çıxış edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG