Accessibility links

Sumqayıt Etilen-Polietilen zavodunda yanğın olub, xəsarət alanlar var


Yanğın
Yanğın

Sumqayıtda “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verib.

Bu barədə avqustun 7-də Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

“1 nəfər ambulator yoxamadan sonra evə buraıxlıb. 6 nəfəri Bakı Yanıq Mərkəzinə yerləşdirlib."

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə bildirib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.

“Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin son mərhələsi həyata keçirilir. Modernizasiya və yenidənqurma işlərini həyata keçirən podratçı şirkətlərin işləri zamanı qısa alışma baş verib və tez bir zamanda söndürülüb,” SOCAR bildirlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG