Accessibility links

Sumqayıtda avtobus qəzaya uğrayıb, otuzadək insan xəsarət alıb


Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb
Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb

Fevralın 21-də Sumqayıtda (Bakıdan 32 kilometr şimal) 30 saylı marşrutla hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yaşayış binasına çırpılıb. Hadisə yerində olanların dediyinə görə avtobus əvvəlcə bir avtomobillə toqquşub və sonra yaşayış binasına çırpılıb. Nəticədə otuzadək insanın xəsarət aldığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 6 nəfər reanimasiyaya yerləşdirilib.

“Yaralılardan biri əməliyyat otağına götürülüb. Onların arasında hamilə qadın da var. Ölən olmasa da, yaralılar arasında vəziyyəti ağır olanlar var,” mətbuat xidmətindən deyiblər.

Ancaq qurumdan xəsarət alanlarla bağlı dəqiq say deməyiblər.

Hadisənin səbəbləri ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG