Accessibility links

Sumqayıtda xəstəxanada yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib


Yanğın

Bu gün, yanvarın 8-də Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimal) xəstəxanada baş verən yanğın zamanı 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda deyilir ki, Sumqayıt şəhərində ümumi sahəsi 4280 kvadrat metr olan dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 kvadrat metr sahədə yanıb.

Yanğın artıq söndürülüb və dəyən ziyanla bağlı məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG