Accessibility links

Şərqi Azərbaycan vilayətində yüzlərlə işçi piket keçirib


Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsindəki Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan yüzlərlə işçi tətil və piket keçirib.

“İran İşçilərinin Azad Birliyi”-nin Telegram kanalında yayılan məlumata görə, tətil edən işçilər oktyabrın 5-də mədən komplkesinin önündə piket təşkil ediblər.

“Piket keçirən təqribən 500 işçi aşağı əmək haqqı, habelə bərbad iş və məişət şərtlərinə etiraz və əmək haqqı və ödənişlərinin artırılmasını tələb edirlər,” İşçilər Birliyinin xəbərində dərc edilib.

“Acin”, “Nida”, “Mobin”, “No-Avəran və “Zühəl” kimi podratçı şirkətlərə çalışan işçilərin 15 ilə 20 iş təcrübəsi olduğu bildirilir.

İran İşçilərinin Azad Birliyinin bildirdiyinə görə, 3 aylıq müqavilələr ilə çalışan işçilərə verilən əmək haqqı ağır mədən işi ilə mütənasib deyil.

XS
SM
MD
LG