Accessibility links

Süni intellekt yararlı tibbi alətə çevrilir [Video]


Süni intellekt yararlı tibbi alətə çevrilir
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Süni intellekt xəstəlikləri diaqnoz etmək və ya yeni dərmanlar düzəltmək üçün mürəkkəb alqoritmlərdən istifadə edən həkimlər üçün çox yararlı bir alətə çevrilib.

Bu avtomatlaşdırılmış laboratoriyada çox sayda biopsiya adlanan insan toxumasının mikroskopik diapozitivləri mövcuddur.

Burada hər pasientin 50-ə yaxın diapozitivi var.

Həkimlər xərçəngin əlamətləri axtarışında hər diapozitivi bir-bir yoxlayır.

İndi isə, Zürix Universitetinin Xəstəxanasında kompyuterlər bu diapozitivləri diqqətli bir şəkildə yoxlayır və 99 faiz düzgün nəticələr əldə edir.

“Əgər kompyuter diapozitivləri yoxlayıb müsbət olanları seçə bilirsə, mən artıq əvvəllər 1 pasientin diapozitvlərini yoxladığım vaxta indi 5 xəstənin diapozitivini yoxlaya bilərəm”, deyə Zürix Universitetinin Xəstəxanasından Dr. Piter Uayld bildirir.

Bu, həkimlərin süni intellekdən istifadə edərək işlərini asanlaşdırmalarının bir yoludur.

Britaniyada yerləşən Şeffil Universitetinin həkimləri Benevolent (xeyirxah) adlandırdıqları süni intellekt sistemi düzəldiblər.

Onlar süni intellektdən istifadə edərək həmin məlumatı araşdırırlar və motor neyron xəstəliyi, eləcə də tamamilə fərqli xəstəlik üçün istifadə oluna biləcək yeni dərmanlarla bağlı ideyalar irəli sürürlər.
Riçard Mid

Bu proqram tibbi ədəbiyatı oxuya bilir. Daha sonra proqram oxuduqlarını öyrənib yeni potensial dərmanlar hazırlayır.

“Onlar süni intellektdən istifadə edərək həmin məlumatı araşdırırlar və motor neyron xəstəliyi, eləcə də tamamilə fərqli xəstəlik üçün istifadə oluna biləcək yeni dərmanlarla bağlı ideyalar irəli sürürlər”, Şeffild universitetindən Dr. Riçard Mid deyir.

Benevolent komandası artıq xəstələrə yardım edəcək bir dərman düzəldib, və süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır.

XS
SM
MD
LG