Accessibility links

Yaşıllar partiyasının səkkiz üzvü əlavə iki ay həbsdə qalacaq


Murmansk şəhər məhkəməsi Rusiyanın Arktikada neftçıxarma platformasında nümayiş edən Yaşıllar partiyasının qalan səkkiz üzvünün əlavə iki ay həbsdə qalması haqda qərar verib.

Ötən həftə hadisədə şübhəli bilinən digər 22 fəalın rəsmilər məsələni araşdıranadək həbsdə saxlanılmasına daid qərar çıxarılıb.

Fəallar iki həftə əvvəl Yaşıllar partiyasının Arctic Sunrise gəmisindən Rusiya hökumətinə məxsus Qazprom platformasına enmək istəyən zaman saxlanılıb.

Silahlı təhlükəsizlik işçiləri onların dəniz qulduru olduqlarını ehtimal edərək qarşısını alıb.
Yaşıllar neft sızması olarsa platformanın Rusiyanın Arktika sahili ərazisi üçün ciddi təhlükə yaradacağını deyib.
XS
SM
MD
LG