Bazar günü Denver Broncos komandası Carolina Panthers komandasını 24-10 hesabı ilə məğlub edərək Kaliforniyanın San Fransisko şəhəri yaxınlığında Levi’s stadionunda keçirilən ABŞ Milli Futbol Liqasının Super Bowl çempionatının qalibi olub.
Bu qalibiyyət ən əsası 39 yaşlı kuorterbek Peyton Manninq üçün çox sevindirici idi, çünki o daha öncə iştirak etdiyi son üç Super Bowl-un ikisində məğlub olub.
Manninq Super Bowl-da qalib gələn ən yaşlı və iki fərqli komandanın tərkibində ikən Superbowl-u qazanan ilk quorterbekdir. İlk dəfə o bu çempionatda 2006-cı ildə İndianapolis Colts komandasının tərkibində oynayarkən qalib gəlib. Manninq-in artıq təqaüdə gedəcəyi gözlənsə də, oyundan sonra o, bu məsələ ilə bağlı keçmiş məşqçısındən məsələhət aldığını bildirib.
Bazar günü keçirilən Super Bowl 50-ci ildönümünü qeyd edirdi. Bu çempionat artıq dünyanın ən böyük idman tədbirlərindən birinə çevrilib.
Oyunu bütün dünya boyu milyonlarla insan izləyir və oyun zamanı yer alan reklam çarxları oyunu yayımlayan televiziya şəbəkələrinə milyonlarla dollar gəlir gətirir.