Accessibility links

Super taxta [Video]


Super taxta
please wait
Embed

No media source currently available

0:00 0:01:41 0:00

Alimlər yeni super-material inkişaf etdirib. Bu poladdan daha möhkəm, yüngül və ucuz bir materialdır. O, yüksək texnologiyalı non-polimer və ya başqa yeni bir xəlitə deyil. Bu super-material taxtadır.

Merliend Universitetindən Lianqbinq Hu deyir ki taxtanı alıb, ona həlledicilər qatıb, istilik və təzyiq tətbiq edərək ondan üç qat daha qalın və on qat daha möhkəm super taxta əldə etmək mümkündür.

Biz polad və karbon liflərini möhkəm taxta ilə əvəz etmək istəyirik. Onlar yüngül, mökhəm və ucuz ola bilər/
Lianqbinq Hu

“Biz polad və karbon liflərini möhkəm taxta ilə əvəz etmək istəyirik. Onlar yüngül, mökhəm və ucuz ola bilər,” o deyir.

Hu taxtadan yeni istifadə yollarını araşdırır. O və onun həmkarı Tenq Li taxta batareyalar hazırlayıb. Onlar həmçinin şəffaf taxta da düzəldib.

“Taxta milyonlarla ildir Yer kürəsində mövcuddur. İnsanlar artıq 10 min ildən çoxdur taxtadan mebelin hazırlanmasında və inşaatda istifadə edir. Və biz bu materialın üzərində işlədikcə, onun tam potenisalını ortaya çıxarmadığımızı anladıq," Li söyləyir.

Hu deyir ki, super taxtanı əldə etmək üçün əsas onun içindəki liqnin adlı kimyəvi maddəni qismən çıxarmaq lazımdır.

Liqnin təbii taxtada bütün tərkib hissələrini bir arada tutan maddədir.

“Bizim proses zamanı biz taxtanı tamamilə sıxlaşdırmaq üçün, bu maddənin bir hissəsini çıxarmalı olduğumuzu aşkar etdik,” deyə Hu bildirir.

Liqninin yarısını çıxarıb, taxtanı bir gün sıxmaqla, taxta maşın, təyyarə və külək turbinlərinin istehsalında istifadə olunmaq üçün kifayət qədər yüngülləşir.

Bununla bağlı görüləcək hələ çox iş var, amma Li və Hu deyir ki, bir gün polad dəyirmənları taxta dəyirmanlar əvəz edə bilər.

XS
SM
MD
LG