Accessibility links

ABŞ Ali Məhkəməsi universitetə qəbul prosesində irqi mənsubiyyətin nəzərə alınmasını ləğv etdi


ABŞ Ali Məhkəməsi cümə axşamı universitetə qəbul prosesində "affirmative action" kimi tanınan və irqi müxtəlifliyin təşviqinə yönəlik irqi məsubiyyətin nəzər alınması prosedurunu ləğv edib. Son məhkəmə qərarı ali təhsil müəssisələrini tələbələr arasında irqi müxtəlifliyi təmin etmək üçün başqa yollar axtarmağa məcbur edir.

Məhkəmədə çoxluq təşkil edən mühafizəkar hakimlər müvafiq olaraq ölkənin ən qədim özəl və ictimai universitetləri olan Harvard və Şimali Karolina Universitetlərinin qəbul planlarını ləğv edib.

Baş hakim Con Roberts deyib ki, universitetlər uzun müddət universitetlər “səhv olaraq belə nəticəyə gəliblər ki, fərdin şəxsiyyətinin meyarı keçdiyi çətinliklər, əldə edilən bacarıqlar və ya öyrəndiyi dərslər deyil, dərisinin rəngidir. Bizim konstitusion tariximiz bu seçimə dözmür.”

Azlıqda qalan baş hakimlərdən biri Sonya Sotomayor öz etirazında bildirib ki, bu qərar “onilliklər ərzində əldə edilmiş presedenti və mühüm irəliləyişləri” ləğv edir.

Ali Məhkəmənin ilk afrikalı-amerikalı qadın hakimi olan Hakim Ketanci Braun Cakson isə öz etirazında bu qərarı “hamımız üçün həqiqi faciə” adlandırıb.

Ali Məhkəmə ən son 2016-cı il olmaqla, son 20 ildə universitetlərə qəbul proqramlarında irq mənsubiyyətin nəzərə alınmasını iki dəfə məqbul hesab edib.

Ancaq bu, sabiq Prezident Donald Trampın təyin etdiyi üç hakim məhkəməyə qoşulandan öncəki zamana təsadüf edib. Məhkəmənin altı mühafizəkar hakimi oktyabr ayının sonunda irəli sürdükləri əsaslandırmada, 1978-ci ildən bəri bu yana Ali Məhkəmənə qərarları ilə təsdilqənən bu praktika ilə bağlı şübhələrini ifadə ediblər.

Aşağı intansyalı məhkəmələr də həm Şiamli Karolina Universiteti həm də Harvardda bu proqramları təsdiqləyib və universitetlərin ağdərili və asiyal-amerikalı abituriyentlərə qarşı ayrıseçkilik yaratdığına dair iddiaları rədd edib.

XS
SM
MD
LG