Accessibility links

Suriyada döyüşən 5 azərbaycanlı həbs edilib


Qandal
Qandal

Onlar Türkiyədə həbs olunaraq, Azərbaycana təhvil verilib

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.

APA agentliyinin məlumatına görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunub və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG