Accessibility links

Şəkillər və peyk görüntüləri ilə Sürix virtual şəhərə çevrilb [Video]


Şəkillər və peyk görüntüləri ilə Sürix virtual şəhərə çevrilb
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Bir qrup texnologiya eksperti şəhərlərin virtual görütüləri ilə instaqram şəkillərini toplayıb, onlardan bir şəhərin detallı 3D xəritəsini hazırlayıb.

Bu, Matrix filmindən bir səhnəyə bənzəyir. Minlərlə uçuşan məlumat nöqtələri yavaşca formalara və tanış məkanlara çevrilir. Amma bu gördüyünüz distopik gələcək deyil, Sürixin hazırkı görüntüsüdür.

Virtual reallıq aləti
Virtual reallıq aləti

“Bir neçə il ərzində müxtəlif məlumatlar toplamışıq. Bunlar peykdən və dronlardan gələn məlumatlar, statik vebkameralar və açıq Flickr hesablarından alınan şəkillərdir. Biz bütün bunları anlaşıla bilən bir 3D modeldə bir araya gətirmişik. Biz hər zaman daha çox məlumat əlavə edib, daha təkmilləşdirilmiş model hazırlaya bilərik”, deyə ETH Zurich-in layihə meneceri Hayko Riemenşnayder bildirir.

İxtiraçılar süni intellektdən istifadə edərək bütün bu məlumatları kompyuterə daxil edir, onların bir-birilə sinxronlaşmasını gözləyirlər. Hər yeni məlumatla şəhərin xəritəsi daha da detallı olur.

Bu layihədə biz 4 terabayt, yəni təxminən 3 milyon şəkildən istifadə edərək Sürixin 3D modelini hazırlamışıq. Bu bilikdən istifadə edərək, biz bu layihədəki məlumatlardan virtual oyunlardakı kimi içində gəzə biləcəyiniz daha balaca model yarada bilərik.
Kennet Vanho

“Biz şəkillərlə piksellər arasında uyğunluq tapmağa çalışırıq. Daha sonra uyğun piksellərlə trianqulyasiya metodundan istifadə edərək 3D modelinin dərinliyini hesablaya bilərik ki, 3D məkanında invidual nöqtələri yaradıb, 3D modeli təqdim edək. Bundan əlavə biz effektiv alətlər yaratmışıq və beləliklə insanların bir neçə həftə ərzində düzəltdiyi modelləri biz bir neçə saata düzəldirik,” Riemenşnayder deyir.

Bu dərəcədə detallı xəritə bir çox şey üçün əlverişli ola bilər, amma bunlardan ən əyləncəlisi Virtuallıq Reallıq dünyasında və ya oyun platmorfalarında real şəhər mənzərələrinin yaradılmasıdır.

“Bu layihədə biz 4 terabayt, yəni təxminən 3 milyon şəkildən istifadə edərək Sürixin 3D modelini hazırlamışıq. Bu bilikdən istifadə edərək, biz bu layihədəki məlumatlardan virtual oyunlardakı kimi içində gəzə biləcəyiniz daha balaca model yarada bilərik,” ETH Zurich-dən Kennet Vanho bildirir.

Tədqiqatçılar deyir ki, bu qədər detal pulsuz dayanacaq yeri tapmaqdan binalara dəyən zərərləri yoxlamağa kimi bir çox şeyə yardım edir.

XS
SM
MD
LG