Accessibility links

Bəşar Əl-Əsəd: Suriya İslam Dövləti qrupuna qarşı ABŞ-ın hərbi hücumlarına dair məlumat alır


Suriya prezidenti Bəşar Əl-Əsəd onun hökumətinin Suriyada İslam Dövləti qrupuna qarşı ABŞ-ın başçılıq etdiyi hava hücumları kampaniyası barədə bilvasitə məlumat aldığını, amma onlarla birbaşa əməkdaşlığın olmadığını bildirib.

Cənab Əsəd Dəməşqdə BBC şirkətinə müsahibəsində deyib ki, onlar ABŞ-la İraq kimi üçüncü tərəf vasitəsi ilə mesajlarla bölüşür, lakin buraya taktiki məlumatlar daxil deyil.

Prezident deyib ki, Suriya İslam Dövləti qrupuna qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmayacaq.

Suriya hökuməti uzun zamandır İslam Dövləti və Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsi ilə yanaşı, cənab Əsədə qarşı çıxan bütün qüvvələri terrorçular kimi qələmə verir. Prezident Əsəd koalisiyaya daxil olan əksər ölkələrin əksəriyyətinin terrorçuluğu dəstəklədiyini deyib.

O həmçinin Suriya qüvvələrinin ölkədə 4 il davam edən vətəndaş müharibəsində çəllək bombalarından istifadə etmədiyini iddia edərək bildirib ki, hərbi qüvvələrinin arsenalında bombalar, raketlər və güllələr var, amma çəllək bombaları yoxdur.

Amnesty İnternational, Human Rigths Watch və BMT-nin Suriyada insan hüquqlarının vəziyyətinə dair hesabat verən heyət Suriya hərbi qüvvələrinin əhaliin məskunlaşdığı ərazilərdə çəllək bombalarından istifadə etdiyinə dair məlumat verib. BMT-in avqust ayında hazırladığı hesabatda Suriya ordusunun dağıdıcı qüvvəyə malik olduğu və mülki əhalini vahimə içində saxlamaq üçün heç bir fərq qoymadan hücumlar həyata keçirdiyi bildirilib.

Suriya prezidenti deyib ki, hər hansı bir müharibə mülki əhali arasında tələfatın yol verildiyi "pis müharibə"dir.

XS
SM
MD
LG