İdlibdə çərşənbə axşamı davam edən döyüşlər BMT-nin ərzaq və digər yardım daşıyan yük maşınlarının Türkiyə sərhədindən Suriyanın şimal-qərb bölgəsinə keçmələrinə imkan verməyib. Ümumdünya Ərzaq Proqramı Təşkilatı bildirib ki, döyüşlər həyati əhəmiyyətli məhsulların 24 saat ərzində əraziyə çatdırılmasına maneə törədib.
BMT-nin verdiyi məlumata görə, dekabr ayından bəri Suriya ordusu və onun müttəfiqu Rusiyanın üsyançı qrupların nəzarətində olan İdlibi geri almaq üçün apardıqları döyüşlər 80 faizi qadın və uşaq olmaqla, 800 midən çox insanın bölgədən qaçmasına səbəb olub.
Ümumdünya Ərzaq Proqramının sözçüsü Elizabet Bayrs rəqib qüvvələr tərəfindən ağır bombardmanın və silahlı qarşıdurmaların daha çox insanın qaçmasına səbəb olduğunu söyləyib. O deyib ki, minlərlə ailə şaxtalı hava şəraitində təhlükəsiz yer axtarışında həddindən artıq dolu düşərgələrə üz tutur.
"Bir çox ailə qışın ortasında, decələr havanın temperaturu mənfi 10 dərəcəyə düşdüyü vaxt piyada qaçmaq məcburiyyətində qalır. Son doqquz ildir davam edən münaqişə nəticəsində, Suriyanın şimal-qərb bölgəsindəki insanlar artıq dəfələrlə məcburi şəkildə didərgin düşdüb və humanitar yardımdan asılı olub" deyə, sözçü bildirib.
Bayrsın sözlərinə görə, Ümumdünya Ərzaq Proqramı regionda qabaqcadan yemək apardığı üçün didərgin düşənlərin çoxuna təcili yardım göstərə bilib. O, 300 mindən çox insana təcili olaraq hazır yeməklərin paylandığını deyib.