Accessibility links

Suriya prezidenti və həyat yoldaşı COVID-19-dan sağalıblar


Prezident ofisinin bildirdiyinə görə, üç həftə əvvəl koronavirus testi müsbət olan Suriya prezidenti Bəşar Əl-Əsəd və həyat yoldaşı COVID-19-dan müalicə olunaraq, çərşənbə axşamı vəzifələrini icra etməyə davam ediblər.

Açıqlanan bəyanatda Suriyanın birinci cütlüyünün PCR testindən keçdiyi, testin nəticələrinin mənfi olduğu və onlarda artıq virusun yüngül simptomlarının olmadığı bildirilib.

Martın 8-də koronavirus testləri müsbət çıxdıqdan sonra 55 yaşlı Əsəd və ondan 10 yaş kiçik və 2019-cu ildə döş xərçəngindən müalicə olunan həyat yoldaşı Əsma özlərini təcrid etmişdi.

Suriyada yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu ayın əvvəlində dövlət mediasının verdiyi məlumata görə, paytaxt Dəməşqin dövlət xəstəxanalarında reanimasiya şöbələri dolu olub və tibb işçiləri koronavirus xəstələri ilə işləmək üçün hazır vəziyyətdə olmağa çağırılıb.

Ərəb Baharının bir hissəsi olaraq başlayan hökumət əleyhinə etiraz nümayişlərinin hərbi qüvvələr tərəfindən basqılara cavab olaraq üsyançı hərəkata çevrilməsindən bəri Suriya 10 ildir vətəndaş müharibəsi şəraitindədir. 10 ildir davam edən döyüşlər yüz minlərlə insanın ölümünə, milyonlarla insanın evlərini tərk etməsinə səbəb olub.

Suriya rəsmiləri keçən ilin mart ayında pandemiya başlayandan bəri ölkənin hökumət nəzarətində olan bölgələrində koronavurisa 18,000-dən çox yoluxma, 1247 ölüm halının qeydə alındığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəddə üsyançıların son istinadgahı olan bölgədə təxminən 21,000, ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin nəzarətindəki şimal-şərq bölgələrində isə təxminən 9000 yoluxma halının qeydə alındığı bildirilib.

XS
SM
MD
LG