Accessibility links

Suriya Prezidenti Əsəd ölkəni daha 4 il idarə edəcək


Suriya prezidenti Bəşər Əsəd prezident seçkilərində 95,1% səslə müharibənin xarabalığa çevirdiyi ölkədə hakimiyyəti dördüncü müddət idarə edəcək. Müxaliflərin və Qərb isə seçkilər zamanı saxtakarlıqlara yol verildiyini iddia edir.

On ildir davam edən münaqişənin yüz minlərlə insanın ölümünə səbəb olmasına, ölkə əhalisinin təxminən yarısının - 11 milyon insanın evindən didərgin salmasına baxmayaraq, Əsəd hökuməti bu seçkilərin Suriyada həyatın normal olduğunu göstərdiyini deyir.

Cümə axşamı keçirilən mətbuat konfransı zamanı seçkilərin nəticəsini açıqlayan parlamentin sədri Hammuda Sabbah seçkilərdə seçicilərin 78%-nin iştirak etdiyini bildirib.

Sülh prosesinə başçılıq edən Birləşmiş Millətlər Təşkilatının yeni konstitusiya və siyasi həll yoluna yardım edəcəyini deyərək, seçkilərin beynəlxalq nəzarət altında keçirilməsinə çağırmasına baxmayaraq, seçkilər davam edib.

Bu qələbə Əsədə hakimiyyəti daha 7 il qalması və ailəsinin isə hakimiyyəti təxminən 60 il idarə etməsi deməkdir. Atası Hafez Əsəd 2000-ci ildə vəfat edənə qədər Suriyaya 30 il rəhbərlik edib.

Bəşər Əsədin prezidentliyi 2011-ci ildə bu Yaxın Şərq ölkəsində dinc nümayişlərlə başlayan, getdikcə çoxşaxəli münaqişəyə çevrilən, ölkənin parçalanmasından sonra isə xarici dost və düşmənləri cəlb etdiyi vaxta təsadüf edir.

"Suriya uşaqlarının və gənclərinin gələcəyi üçün yüksək milli hisslərinə və səsvermədə diqqətəlayiq iştiraklarına görə suriyalılara təşəkkür edirəm. Gəlin, sabahdan ümid yaratmağa və Suriyanı yenidən qurmaq ümidini yaratmağa başlayaq" - deyə, seçki kampaniyası zamanı Facebook səhifəsində yazıb.

Cümə axşamı minlərlə insan Əsədin qələbəsini əllərində onun şəkilləri və Suriya bayraqları ilə küçələrə çıxaraq, mahnılar oxuyub, rəqs edib.

Rəsmilər Reuters xəbər agentliyinə bildirib ki, rəsmilər son günlərdə səsverməni təşviq etmək üçün böyük mitinqlər təşkil edib, Ələvi azlığının üstünlük təşkil etdiyi Əsəd hökumətinin tərəfdarı olan təhlükəsizlik aparatı isə hökumət işçilərinin səs verməsinə göstəriş verib.

Əsəd o qədər də tanınmayan iki namizədlə - Nazirlər Kabinetinin keçmiş nazir müavini Abdalla Salum Abdalla və kiçik, lakin rəsmi olaraq qeydiyyatdan keçmiş müxalifət partiyasının rəhbəri Mahmud Əhməd Məreyi ilə mübarizə aparırdı.

Məreyinin 3.3%, Salumun isə 1.5% səs topladığı bildirilib.

Səsvermənin nəticələri açıqlandıqdan sonra fişənglər atılıb və Suriyanın müxtəlif şəhərlərində böyük izdihamlarla şənliklər keçirilib.

XS
SM
MD
LG