Accessibility links

Amerika qüvvələrinin Suriya əməliyyatlarına son qoyacağını bildirib


ABŞ Yaxın Şərqdəki tərəfdaşlarını İslam Dövləti terror qrupunun məhvi əməliyyatlarını başa çatdırmağa çağıraraq, Amerika qüvvələrinin Suriya əməliyyatlarına son qoyacağını bildirib.

Ağ Ev Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyada missiyasının nə zaman bitəcəyi ilə bağlı açıqlama verməsə də, prezident Tramp ABŞ əsgərlərinin vətənə qayıtmasına çağırıb.

“İŞİD-in Suriyada kökünün kəsilməsi kimi hərbi missiya başa çatmaq üzrədir, belə ki İŞİD demək olar tamamilə məhv edilib”, Ağ Evin açıqladığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar və bizim tərəfdaşlarımız İŞİD-in Suriyada kiçik qrupunun aradan qaldırılması işinə sadiq qalır. Biz müttəfiqlərimiz və dostlarımızla gələcək planlarla bağlı məsləhətləşmələri davam etdirəcəyik”, bəyanatda deyilir.

ABŞ administrasiyasının vəzifəli rəsmisi deyib ki, prezident Tramp özünün təhlükəsizlik komandası ilə müzakirəsinin ardınca Suriyadakı ABŞ qüvvələrini “bir qədər” uzun müddətə orada saxlamaq qərarına gəlib.

Həmin rəsmi, aprelin 4-də Reuters agentliyinə bildirib ki, Trump Suriyada İŞİD-in tam məğlub edildiyinə əmin olmaq istəyir.

Bu arada Ağ Evin sözçüsü Sara Sanders deyib ki, ABŞ-ın Suriyadakı hərbi mövcudiyyəti uzun müddət üçün nəzərdə tutulmayıb.

XS
SM
MD
LG