Accessibility links

Suriyada dünən yüzlərlə insan öldürülüb


Suriyanın İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, dünən ölkə boyu yüzlərlə insan öldürülüb. Ölənlərin ümumi sayı 370 nəfər təşkil edir.

Fəallar Dəraya şəhəri yaxınlığında 200-ə yaxın cəsəd aşkar edildiyini bildirir. Cəsədlərin sayı və onların nə zaman öldürüldüyü müstəqil mənbələr tərəfindən təsdiq edilməyib. Lakin yayılan videolarda çoxsaylı cəsəd nümayiş etdirilib.

Suriya qüvvələri artıq beş gündür ki, şəhərdə üsyançılara divan tutur.

Dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, Dəraya terrorçulardan təmizlənib.
Suriya prezidenti Bəşar Əl-Əsəd ölkədə 18 aydır davam edən qarşıdurmalara görə xaricdən dəstəklənən terrorçuları ittiham edir.

Xəbərlərdə Hələb şəhərində də bir sıra terroçunun qətlə yetirildiyi bildirilir.

Qərbin Əsədin istefa çağırışlarına baxmayaraq, İran Suriya rejimini dəstəkləyir.

Bu arada, Suriyanın vitse-prezidenti Faruk Əl-Şəaara həftələrdən sonra ilk dəfə ictimaiyyət arasında görünərək, Bəşar hökumətini tərk etdiyinə dair şayiələrə son qoyub.

73 yaşlı sunni müsəlman Dəməşqdə İran nümayəndəsini qəbul edib.

The Assad government has seen a number of high-level defections in recent months, and up until Sunday, there had been rumors that Sharaa had defected to Jordan, despite the government's denials.
XS
SM
MD
LG