Accessibility links

Azad Suriya Ordusu Dəməşq uğrunda döyüşlərə başlayıb [Fotoqalereya]


Suriyanın paytaxtı Dəməşqdə Əsəd qüvvələri ilə rəqib döyüşçülər arasında döyüşlər ikinci gündür davam edir. Fəalların dediyinə görə, döyüşlər şəhərin qərb və cənub bölgələrində aparılır.

Dövlət SANA xəbər agentliyi terrorçuların top atəşi nəticəsində bir neçə nəfərin həlak olduğunu bildirib.Hökumət rəqib döyüşləri terrorist adlandırır.

Dəməşqdə döyüşlər çərşənbə günündən etibarən, Azad Suriya Ordusunun şəhəri ələ keçirmək cəhdi ilə vüsət alıb.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu dünənki döyüşlərdə 170-dən artıq

insanın həlak olduğunu bildirib.
Suriyada 2011-ci ilin mart ayından bəri 60 mindən çox insan həlak olub.
XS
SM
MD
LG