Accessibility links

Bəşar Əl-Əsəd kimyəvi silahlardan əl çəkəcəkmi? [Video]


Bəşar Əl-Əsəd kimyəvi silahlardan əl çəkəcəkmi?
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Bəşar Əl-Əsəd kimyəvi silahlardan əl çəkəcəkmi?

Suriya prezidenti Bəşar Əl-Əsəd ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılığa əsasən kimyəvi silahların təhvil verilməsinə qoyulan müddəti qarşılamayıb.

Suriya beynəlxalq müfəttişlərə kimyəvi silahlarının yalnız 5 faizini təhvil verib. Kimyəvi Silahları Yasaqlayan Təşkilat Dəməşqin möhləti qarşılamağa səy göstərmədiyini bildirib. ABŞ dövlət katibi Con Kerri bunu qəbuledilməz adlandırıb.
"Bəşar Əl-Əsəd əməkdaşlıq göstərmir. Vaxt və yubadılmalar Kimyəvi Silahları Yasaqlayan Təşkilatın şərtlərinə ziddir. Buna görə də əvvəlki variantların heç birini istisna etmirik."

Razılıq ötən avqust ayında Dəməşq ətraflarında yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi silaharla hücumdan sonra əldə edilib. BMT müfəttişləri hökumətin nəzarəti altında olan ərazidən sarin qazı daşıyan iki raketin atıldığını təsdiq edib.

Prezident Əsədin hücumların məsuliyyətini üzərinə almasa da, kimyəvi silahların təhvilinə razılıq verməsi onun mövqeyini yüksəldib. Bu, Sülh İnstitutunun təhlilçisi Stiv Heydemannın fikridir. "Məncə bu, onu prezident Barak Obamanın dediyi kimi istefadan uzaqlaşdırdı."

Suriya münaqişəsi indiyədək 100 mindən artıq insan həyatı bahasına davam edir. Kimyəvi silahlardan istifadə Əsədi gücləndirdi. Bu, ABŞ-ın sabiq səfiri Adam Erelinin sözləridir. "O, bunun cavabını vermədi. Suriya xalqı və tərəfdarlarının gözündə Əsəd yüksəldi. Onlar silahlardan istifadə etdi, xaqlı qırdı. Heç bir məsuliyyətlə üzləşmədi. Bu, onun yüksəlişi oldu."

Erelinin dediyinə görə, Əsədin yüksəlişi Obamanın hərbi əməliyyatlar təhdidlərindən geri çəkilməsi ilə daha da artdı. Bu, prezident Obamanın Əsədin müttəfiqi İranla münasibətlərinə müsbət təsir göstərib. Amerika Universitetinin professoru Hillari Mann Leveret: "Bir çox amerikalı üçün bu çox pis bir şeydir. Bu, bizim zəifliyimi nümayiş etdirir. Lakin iranlılar üçün deyil. Bəlkə də bu, Amerikanın diplomatiyaya meyillilyini işarədir. Bəlkə münaqişə həll edilə bilər."

Lakin Suriya münaqişəsinin həlli kimyəvi silah razılığından asılı deyil. ABŞ rəsmiləri yubadılmaları razılığın şərtlərinin pozulması kimi qiymətləndirmir. Rusiya rəsmiləri Əsəd hökumətinin razılığın şərtlərinə martın sonunadək əməl edəcəyini deyir.
XS
SM
MD
LG