Accessibility links

Obama Suriya üzərində uçuşlara yasaq zonanın yaradılmasına skeptik yanaşır


ABŞ prezidenti Barak Obama Suriya üzərində uçuşun qadağan edilməsinin effektliliyinə skeptik yanaşdığını ifadə edib.

PBS tele-kanalına müsahibədə cənab Obama deyib ki, Suriya hava qüvvələrinin uçuşlarına məhdudiyyət qoyulmasının problemi həll etməyəcək.

Prezident eyni zamanda əlavə edib ki, o mövcud olan hər bir variantı qüvvədə saxlayır və ABŞ mümkün yolların diqqətlə araşdırılmasında iştirak edəcək.

Ağ Ev Suriyada münaqişənin həllində vasitələrdən biri kimi uçuşlara qadağa zonasının yaradılması məsələsini istisna etmir. Suriya hökumətinin müttəfiqi Rusiya Suriya üzərində uçuşlara qadağa qoyulmasına imkan verməyəcəyini bildirib.

ABŞ-ın NATO-dakı sıfiri İvo Daalder Reuters xəbər agentliyinə nə müttəfiqlərin, nə də Birləşmiş Ştatların hal-hazırda Suriya üzərində uçuşlara qadağa qoyulması nəzərdən keçirmədiyini deyib.
XS
SM
MD
LG