Accessibility links

Suriyada atəşkəsin başlanğıcı pozuntularla müşayiət olunur


Bəzi pozuntulara baxmayaraq Rusiya və Türkiyənin Suriyada vasitəçilik etdiyi atəşkəs gecə yarısından etibarən qüvvəyə minib.

Britaniyada qərargahlanan İnsan Haqları Müşahidə Qrupu cümə günün mərjkəzi hökumət qüvvələri ilə üsyançılar arasında Hama vilayətində və Dəməşqin civarında toqquşmalar baş verdiyini xəbər veriblər. Qrup həmçinin üsyançıların nəzarət etdikləri Bərdə Vadisinə hava hücumu olduğunu bildirib.

Keçmişdə döüyşləri dayandırmaq cəhdləri nəticə verməyib. Bütün keçmiş razılıqlarda olduğu kimi budəfəki atəşkəs anlaşmaları da Əl-Qaida ilə bağlı Fatah əl-Şam və İŞİD-ə şamil edilmir.

Dəməşqin civarındakı Duma qəsəbəsində qərargahlanan müxalifət fəalı Mazen əl-Şami döyüşlərdə bir üsyançının yüngül yaralandığını xəbər verib. Dəraa vilayətindəki fəal Əhməd əl Masalmeh hökumət qüvvələrinin üsyançıların istehkamına atəş açdıqlarını xəbər verib.

Keçmişdə döüyşləri dayandırmaq cəhdləri nəticə verməyib. Bütün keçmiş razılıqlarda olduğu kimi budəfəki atəşkəs anlaşmaları da Əl-Qaida ilə bağlı Fatah əl-Şam və İŞİD-ə şamil edilmir.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı bəyan edib ki, atəşkəsi Moskva və Ankara təminat altına alır. Razılıq Tehran tərəfindən də müsbət qarşılanıb.

Azad Suriya Ordusunun sözçüsü Osama Əbu Zaid mətbuat konfransında atəşkəs razılığının mətnini göstərir. Ankara, Türkiyə. 29 dekabr, 2016.
Azad Suriya Ordusunun sözçüsü Osama Əbu Zaid mətbuat konfransında atəşkəs razılığının mətnini göstərir. Ankara, Türkiyə. 29 dekabr, 2016.

Moskva və Tehran Suriya prezidenti Bəşar əl-Əsədə həyati mahiyyət daşıyan hərbi dəstək verirlər. Türkiyə isə üsyançıları təchizat marşrutu ilə təmin edir.

İran xarici işlər naziri Cavad Zərif atəşkəsi "böyük nailiyyət" adlandırıb, və ekstremizin köklərinə diqqət yetirməyə çağırıb.

XS
SM
MD
LG