Accessibility links

İŞİD-in elan etdiyi "xilafət" son günlərini yaşayır


İŞİD-in elan etdiyi "xilafət" son günlərini yaşayır
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Suriyada koalisiyanın dəstəklədiyi qüvvələr İslam Dövləti qrupunun son istehkamını ələ keçirməyə yaxın olsa da şiddətli döyüşlər davam edir. Belə ki, militantlar qadınlar və uşaqlarla dolu düşərgənin içərisindəki tunellərdən ibarət şəbəkəni qorumağa çalışır.

Belə görünür İslam Dövləti qrupunun elan etdiyi "xilafət" son günlərini yaşayır. Hazırda döyüşlər içərisində min və ya daha artıq insanın olduğu çadırlar uğrunda gedir.

Rəsmiləri belə bir kiçik ərazidən bu qədər çox insanın qaçmasını təəccüblə qarşılayıb. Təkcə bir həftə ərzində bu ərazini 6 mindən çox insan tərk edib. Bunların təxminən üçdə bir hissəsi 5 yaşdan aşağı uşaqlardır. Hava hücumları zamanı 13 yaşlı Afafın anası və bacısı ölüb. “Mən dəhşətə gəlmişdim. Mən qışqıraraq, köməyə çağırırdım” - deyə, Afaf bildirir.

Lakin bu insanlar adi qurbanlar deyil. Onların çoxunun İŞİD döyüşçüləri ilə əlaqəsi olduğuna inanılır. Keçən gecə gələn qadınlar bütün kişilərin yoxlanış üçün aparıldığını deyib.

Bundan əvvəlki döyüşlərdə insanların çoxu İŞİD-i qınayırdısa, Bağuzdan qaçan bəzi insanlar "xilafət"in süqutuna inanmır. Ümm Anas: “Bağuzda və ya onun xaricində olan bütün insanlar qələbə çalacaq. Allah onların qələbə çalmalarına yardım etsin!”

Bu arada, hücumlar hər gün davam edir. Yardım işçiləri də daxil edilməklə, müşahidəçilərin fikrincə, ciddi dəyişikliklər olmadan İslam Dövləti qrupunun məğlubiyyyəti yalnız regionda yayılmış ekstremizmin bu mərhələsinə son qoyulması demək olacaq. "Free Burma Rangers" yardım qrupundan David Yubank: “Dini ekstremist hərəkatları mövcuddur və bu, onlardan yalnız biridir. Mənim fikrimcə, bunun qarşısını iki yolla almaq olar. Bizincisi, hər hansı zorakı hərəkətə güc yolu ilə cavab verilməlidir, onlar belə addımlara hörmət edir. İkincisi isə belə halların yaranmasının köklərinə nəzər salınmalıdır.”

Suriya və beynəlxalq qüvvələrin yaxın günlərdə İslam Dövləti qrupunun məğlubiyyətini elan edəcəyi gözlənilir. Lakin bunun tam qələbə demək olacağı hələ ki, aydın deyil.

XS
SM
MD
LG