Accessibility links

İŞİD-in son istehkamı uğrunda şiddətli döyüşlər gedir


Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin bildirdiyinə görə, Suriyanın şimal-qərbində terrorçu İslam Dövləti qrupunun son istehkamı olan Bağuzda qarşıdurmalar və şiddətli döyüşlər davam edir.

Suriya Demokratik Qüvvələrinin sözçüsünun hücumların başlandığı haqda məlumatı bazar günü media vasitəsilə yayımlanıb.

Həm Suriya Demokratik Qüvvələri, həm də Birləşmiş Ştatlar Bağuz ətrafındakı 1.6 kv. km-dən çox ərazidə çadırlar və dağılmış binaların arasında döyüşlərin çox ağır keçəcəyini güman edir.

Onlar İŞİD-ın gizlənmək və hücuma keçmək üçün tunel və mağaralardan istifadə etdiyini deyir. Onlar 2 km-dən uzun olan tunelin çox mürəkkəb system əsasında qazıldığını və çox güman ki, partlayıcı qurğular və minalar yerləşdirildiyini düşünür.

Son istehkam uğrunda gedən döyüşlərdə İslam Dövləti qrupunun neçə döyüşçüsünün iştirak etdiyi də məlum deyil.

XS
SM
MD
LG