Accessibility links

Suriya İslam Dövləti üzərində tam qələbə barədə məlumatı inkar edib


Birləşmiş Ştatların dəstəklədiyi qüvvələr cümə axşamı İslam Dövləti qrupunun Suriyanın şərqindəki son istehkamı uğrunda gedən döyüşlərin qələbə ilə başa çatdığınl inkar edərək, hələ də ərazidə cihadçıların izləndiyinin davam etdiyini bildirib.

İslam Dövləti qrupunun İraqla sərhəd yaxınlığındakı sonuncu istehkamı olan Bağuz üzərində qələbə Suriya və İraqın üçdə bir hissəsinin beynəlxalq və yerli qüvvələrin bir neçə ildir birlikdə apardığı mübarizınin sonu demək olacaq.

Birləşmiş Ştatların Suriya Demokratik Qüvvələrinə dəstəyi ilə həftələrdir gedən döyüşlərdən sonra çərşənbə axşamı cihadçıların bölgədəki son istehkamındakı düşərgəni ələ keçirə bilib.

ABŞ prezidenti Donald Tramp İslam Dövləti qrupunun nəzarətində çox kiçik bir ərazinin qaldığını və onun da bu gecə ələ keçiriləcəyini deyib.

Bağuz üzərində döyüşlər qələbə ilə başa çatsa belə, ucqar ərazilərdə fəaliyyət göstərən cihadçıların hücumlar həyata keçirə biləcəyi hələ də təhlükə olaraq qalır.

XS
SM
MD
LG