Accessibility links

İŞİD döyüşçüləri təslim olur, onların ailə üzvləri Bağuzu tərk edir


Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin Suriyanın şərqində, İslam Dövləti qrupunun nəzarətindəki son istehkamı olan Bağuzu mühasirəyə aldıqdan sonra İslam Dövləti qrupunun yüzlərlə döyüşçüsü və onların ailə üzvləri aradakı fasilədən istifadə edərək ərazini tərk edib.

Suriya Demokratik Qüvvələri, kürdlərin yarı-hərbi qüvvələri və insan haqları müşahidəçiləri qaçanların sayı barədə dəyişkən məlumatlar versələr də, döyüşçülərin və mülki vətəndaşların bazar ertəsi gecə saatlarında bölgəni tərk etdiyi barədə məlumatı təsdiq ediblər.

Londonda qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, 150-dən çox döyüşçü Suriya Demokratik Qüvvələrinə təslim olub. Bu, Fərat çayı sahillərndəki anklavı tərk etdən 400 nəfərdən ibarət qrupun bir hissəsidir.

Birləşmiş Ştatların dəstəklədiyi koalisiyanın havadan yardımı ilə Suriya Demokratik Qüvvələrinin minlərlə əsgəri İslam Dövləti qrupunun xilafət elan etdiyi ərazidəki sonuncu anklavı olan Bağuza hücumları cümə günündən başlayıb.

Suriya Demokratik Qüvvələrinin komandirləri 13 mindən çox sakinin Bağuzu tərk etdiyindən əmin olduqdan sonra son hücuma keçməyə dair qərar verildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG