Suriyada müharibə müşahidəçilərinin bildirdiyinə görə, hökumət qüvvələrinin İdlib vilayətində reydləri zamanı 5 nəfər ölüb və bununla son bir neçə gündə ölkədə ölənlərin sayı 100-dən artıq olub. Prezident Bəşər Əsəd hökuməti Suriyada üsyançıların nəzarətində olan bölgələri geri qaytarmaq üçün məktəblər və xəstəxanalar da daxil olmaqla, ölümcül kampaniyasına yenidən başlayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Suriyada mülki vətəndaşların vəziyyətinə münasibəti "beynəlxalq səviyyədə laqeydlik" adlandırıb.
Hökumətin hərbi təyyarələri İdlib vilayətinin şimal-qərbindəki Ariha şəhərini bombaladıqdan sonra mülki vətəndaşlara ilk yardımı "Ağ dəbilqələr" kimi tanınan qrup edib. Öldürülənlərdən əlavə bölgədə çox sayda insan yaralanıb. Suriya Mülki-Müdafiə Təşkilatından Əbdül Əxraz: “Yaşayış məntəqəsinə eyni zamanda iki raket atılıb. Bir neçə ölən və çox sayda yaralı var. Bu itkilər barədə son məlumat deyil.”
İnsan haqları müşahidəçiləri Suriya hökumətinin İdlib vilatəyində üsyançılara qarşı hücumları intensivləşdirdiyinə görə, son 10 gündə üçdən bir hissəsi uşaq olmaqla, 100-dən çox mülki vətəndaşın öldüyünü bildirib. BMT-nin bildirdiyinə görə, aprel ayından, hücumların gücləndirilməsindən bəri bir neçə yüz insan ölüb, 400 minə qədər insan evini tərk etmək məcburiyyətində qalıb. Ariha sakini Əhməd Əsmər: “Biz mülki vətəndaşlarıq, bizim bu baş verənlərlə heç bir əlaqəmiz yoxdur. Bunlar hamızı uşaqlar, qadınlar, qocalar və yeniyetmələrdir. Biz terrorçu deyilik. Hər gün nümayişlər, qətllər və qan var.”
Üsyançıların nəzarətindəki İdlib, Həma və Hələb vilayətlərindəki mülki əhali Əsəd tərəfdarı Rusiya və müxalifət tərəfdarı Türkiyənin yaratdığı bufer zonaları ilə müdafiə olunur. İnsan haqları qrupları Rusiyanın hərbi təyyarələrinin Suriya hökumətinin üsyançıların nəzarətindəki ərazilərdə mülki əhaliyə qarşı reydlərində iştirak etdiyini deyir.
BMT-nin Cenevrədəki İnsan Haqları Agentliyi hücumları qınayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının sözçüsü Rupert Kolvill: “Bu cür hücumların davamlı həyata keçirildiyini nəzərə alsaq, onların təsadüfən olması şübhə doğurur. Mülki əhaliyə qarşı qəsdən edilən hücumlar müharibə cinayətidir və buna göstəriş verənlər və ya bunu yerinə yetirənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır."
Rusiya və Suriya hökuməti mülki əhalinin hədəf alındığını inkar edib və “Ağ dəbilqələr”i militant qruplara kömək etməkdə ittiham edib. Onlar hədəfin razılığı pozan Əl-Qaidə ilə əlaqəsi olan cihadçıların olduğunu deyib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarı Mişel Baçelet İdlib, Həma və Hələbin bəzi bölgələrinin bombalanması nəticəsində mülki vətəndaşlar arasında ölüm hallarının artmasına beynəlxalq laqeydlikdən narahatlığını ifadə edib. O, yaşayış binaları və tibb ocaqları, məktəblər və bazarlar kimi mülki infrastruktur obyektlərini amansız hava hücumlarına məriuz qoyduqları üçün Suriya hökumətini və onun müttəfiqlərini qınayıb.