Accessibility links

Dünya liderləri BMT-nin illik sammitində miqrantlara dəstək göstərməyə söz verib [Video]


Dünya liderləri BMT-nin illik sammitində miqrantlara dəstək göstərməyə söz verib
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Beynəlxalq ictimaiyyət qlobal qaçqın və miqrasiya böhranının daha effektiv həllinə söz verib. Dünya liderləri BMT-nin Baş Assambleyasının sessiyası çərivəsində qaçqın sammitində bir araya gəlib.

Dünya boyu təxminən 65 miliyon insan yerlərindən didərgin düşüb.

Suriyalı Məhəmməd Badran onlardan biridir. O, Hollandiyada sığınacaq tapıb. Məhəmməd Badran deyir ki, o, Avropanın insan axınının öhdəsindən gəlməkdə çətinlik çəkdiyinin birbaşa şahidi olub.

Məhəmməd Badran: “İctimaiyyət arasında qaçqınlara münasibətdə həddən artıq qorxu hissi var. Gənc qaçqınlar kimi biz bu qəzəb və qorxu ilə hər gün üzləşirik. Qapılar üzümüzə bağlıdır. Ali təhsil imkanı yoxdur. Bizi çox vaxt geri göndərirlər və ciddiyə almırlar.”

BMT-yə üzv dövlətlər böhranın təsirinə məruz qalmış ölkələrə humanitar yardım və miqrantların yerləşdirilməsində dəstək olacaqlarına söz verib. Lakin hökumətlərin hər il qaçqınların 10 faizinin yerləşdirilməsi planında rəqəmin hər il endiyi müşahidə edilir .

BMT-nin Baş katibi Pan Gi-Mun: “Qaçqınlar və miqrantlara ağır yük kimi baxılmamalıdır. Biz onlara imkan versək, onlar böyük potensiala malikdirlər.”

Dünyanın beş qitəsində 10 min işçisi olan Beynəlxalq Miqrasiya Təşkilatı bazar ertəsi rəsmən BMT ailəsinə qoşulub.

Beynəlxalq Miqrasiya Təşkilatının sədri Uilliam Leysi Svinq: “Son 71 ildə ilk dəfədir ki, BMT-nin artıq “BMT miqrasiya agentliyi” var.”

BMT həmçinin bəzi ölkələr sərhədlərini artan qaçqın axını qarşısında bağladığı vaxt qaçqınlar və miqrantlara qarşı diskriminasiya və ksenofobiyaya mübarizə kampaniyasına start verib.

BMT-nin insan haqları agentliyinin başçısı qaçqınlar və miqrantlarla bağlı məsuliyyətin bölüşdürülməsini rədd edənləri kəskin tənqid edib.

Zeyd Əl-Hüseyn: “Onlardan bəziləri bu səhər burada ola bilər. Əgər siz buradasınızsa, biz sizə deyirik: Biz sizin adınızı ictimaiyyətə açıqlamağa davam edəcəyik. Siz buradan uzaqlaşa bilərsiz, lakin ictimai qınaqdan qaça bilməyəcəksiz.”

Onun açıqlamaları zalda böyük rezonans yaradıb.

XS
SM
MD
LG