Accessibility links

BMT Suriyaya dair qətnamə ilə bağlı səsverməni cümə axşamı keçirməyi planlaşdırır


BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnamənin səs qoyulmasını Dəməşqdə yüksək səviyyəli rəsmilərin bomba hücumu nəticəsində qətlə yetirilməsindən sonra gecikdirir.

Suriyaya qarşı sanksiyların tətbiq edilməsini nəzərdə tutan Qərbin dəstəklədiyi qətnamə üzrə səsvermə cümə axşamı gününə təyin edilib. BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan Rusiya ilə güzəştin əldə etməyin mümkünlüyünə inanındığını deyərək, səsvermənin təxirə salınmasını istəmişdir.

Rusiya sanksiyların daxil edilmədiyi alternativ qətnaməni dəstəkləyirş

Bu gün ABŞ Suriya rejiminin 29 üzvünə qarşı maliyyə sanksiyaları tətbiq edib. Ağ ev bildirib ki, bomba hücumları Suriya prezidenti Bəşar Əl-Əsədin ölkəsinə nəzarəti itirdiyini göstərir.
XS
SM
MD
LG