Accessibility links

BMT Əsəd hökümətini müharibə cinayətində ittiham edir


BMT-nin yüksək rütbəli insan haqqları rəsmisi bildirib ki, müstəntiqlərin əldə etdikləri sübutlara əsasən Bəşər Əl-Əsəd və onun ətrafındakı rəsmilər insanlığa qarşı törədilmiş müharibə cinayətlərindən məsuldurlar.

BMT-nin insan haqları rəsmisi Navi Pillay deyib ki, hər iki tərəfin yol verdiyi zorakılıqların miqyası ekspert qrup tərəfindən diqqətlə sənədləşdirilib.

BMT-nin müstəntiq qrupu daha əvvəl hər iki tərəfi Suriya hökümətini və üsyançı qrupları müharibə cinayətlərində ittiham etmişdi.

İlk dəfə olaraq BMT-nin müstəntiq qrupu cənab Əsəd daxil olmaqla, şübhəli bilinən cinayətkarların siyahısını hazırlayıb.
XS
SM
MD
LG