Accessibility links

Suriya sülh danışıqlarının ikinci raundunda az inkişaf müşahidə edilir


BMT və Ərəb liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi Suriya höküməti və müxalifətinin nümayəndələri ilə danışıqların gərgin keçdiyini və az inkişafın əldə edildiyni bildirib.

Cenevrədə keçirilən görüşlərin ikinci günündə Brahimi tərəfləri üç ildir davam edən müharibəyə son qoyulması və keçid hökümətinin yaradılmasına razı salmağa çalışır.

O, bazar ertəsi günü hər iki tərəflə ayrı-ayrı görüşlər keçirib.

Bu arada, humanitar agentliklərin işçiləri müharibə nəticəsində darmadağın olmuş Homs şəhərində insanlara yardım çatdırılmasına davam edir.

Hökümət və müxalifət qüvvələri atəşkəs əldə edərək, Homs şəhərinə humanitar yardımın çatdırılamsına imkan yaradıb.

BMT atəşkəsdən istifadə edərək, bölgəyə daha çox yardım çatdırılacağına ümid edit.

800-dən çox insan müxalifətin nəzarətində olan Homs şəhərindən evakuasiya edilib.

2011-ci ildə başlayan müharibə 130 min insanın ölümünə və 9 miliyon insanın evlərindən didərgin düşməsinə səbəb olub.

Suriya sülh danışıqlarının birinci mərhələsi keçən ay az inkişafla başa çatmişdı.
XS
SM
MD
LG