Accessibility links

Suriyanın şimal bölgəsində bomba hücumları həyata keçirilib


Dövlət mediası və fəalların bildirdiyinə görə, Suriyanın Türkiyə ilə şimal sərhədi yaxınlığındakı Qamışlı şəhərində üç avtomobildə bomba hücumu həyata keçirilib və bir küşiş qətlə yetirilib.

Son azamanlar Suriyanın şimal bölgəsində həyata keçirilən hücumlar onlarla insanın ölümünə və yaralanmasına səbəb olub.

Dövlətin SANA xəbər agentliyi avtomobillərə yerləşdirilmiş bombaların ikisinin ticarət mərkəzinin olduğu küçədə, üçüncüsünün isə bir mehmanxananın yaxınlığında partladıldıqlarını bildirib.

Kürdlərin Havar xəbər agentliyinin məlumatında iki bazarda həyata keçirilən partlayışların 3 nəfərin ölümünə, 5 nəfərin isə yaralanmasına səbəb olduğunu bildirilib.

Fəalların "Rojava İnformasiya Mərkəzi”nin ilkin məlumatında hücumların morokistletlərə yerləşdirilmiş bombalarla edildiyini bildirsə də, sonradan məlum olub ki, bombalar üç avtomibilə yerləşdirilib.

Partlayışlardan sonra itkilərlə bağlı müxtəlif məlumatlar yayılıb.

Suriyada İnsan Haqlarının Müşahidəsi Qrupu və Havar agentliyi bir erməni keşişinin atası ilə birlikdə Qamıqlıdan Hasaki şəhərinə gedərkən naməlum şəxslər tərəfindən güllələnərək, öldürüldüklərini bildirib.

BMT müşahidəçiləri Suriyanın şimalı və şimal-şərqində çox sayda mülki şəxsin öldüyü və yaralandığı, minlərlə insanın isə zorakılıqlar və insan hüquqları pozuntularının artması nəticəsində öz yerlərini tərk etdiyini bildirir.

XS
SM
MD
LG