Accessibility links

Suriyanın döyüş təyyarələri Türkiyə ilə sərhəd bölgələri bombardman edib


Suriyanın döyüş təyyarələri Türkiyə ilə sərhəd bölgələri bombardman edib. Suriyanın İnsan haqdalrının Müşahisədi qrupu hücum nəticəsində 21 adam həlak olduğunu bildirib. Salqın şəhərinə qarşı hücum zamanı öldürülənlərin 8-i uşaqdır.

Suriyanın Yerli Koordinasiya Komitəsinin bildirdiyinə görə isə hücumlar 30 adamın ölümünə yol açıb.

Hama, Dəraa və Homs vilayətlərində də zorakılıqlar davam edir.

Suriyada vətəndaş müharibəsi ölkənin əsasən kürdlərin yaşadığı şimal-şərq bölgəsinə yayılıb.

Suriya dövlət mətbuatı Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində törədilmiş partlayışda təxminən dörd nəfərin öldürüldüyünü deyib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəsi qrupu partlayışlar nəticəsində hökumət təhlükəsizlik binasında səkkiz nəfər Suriya təhlükəsizlik işçisinin öldürdüyünü deyib.

Bu,əksəriyyəti kürdlər yaşayan ərazidə Bəşar əl-Əsədin təkhakimiyyətli hökumətinə qarşı 18 ay davam edən üsyan müddətində ilk hücumdur.

Suriya hökumətinin əraziyə beynəlxalq müxbirlərin girişini məhdudlaşdırdığından təlafat barədə müstəqil məlumat əldə edilə bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG